Yeni müqaviləyə imza atmadı, iki dəfə çox pul istədi

29 May 2022 11:40 Qəbələ 1 390
Yeni müqaviləyə imza atmadı, iki dəfə çox pul istədi

Stefan Vukçeviç «Qəbələ»nin yeni müqavilə təklifini qəbul etməyib.

Monteneqrolu yarımmüdafiəçinin belə mövqe sərgiləmsi başqa dəvətlər alması ilə bağlı deyil.

Əslində, balkanlı Azərbaycanda keçirəcəyi üçüncü mövsümə də əyalət klubunda başlamaq istəyir. Sadəcə, «qırmızı-qaralar»ın şərtləri onun ürəyincə olmayıb.

Bunadək aylıq 3500 dollar gəlirə qane olan Vukçeviç indi həmin məbləğin az qala iki dəfə artığını - 6000 dollar istəyir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti