“Qəbələ” mövsümün ikinci yarısında sıralarına qatdığı Patrik Robson de Souza Monteyro ilə yolları ayırmağı qərara alıb.
Braziliyalı hücumçunu “Admira”dan (Avstriya) icarəyə götürən “qırmızı-qaralar” onunla 1,5 illik müqavilə imzalamışdı.
“Amerika” (Rio-de-Janeyro), “Bonsusesso”, “Friburquense”nin yeniyetmə və gənclərdən ibarət komandalarında çıxış etmiş 24 yaşlı vinger
peşəkar karyerasına Avstriyada başlayıb.
2020/21 mövsümündə “Horn”da çıxış edən forvard ötən ilin yayında “Admira”ya keçib.
Cənubi amerikalı legioner burada ümidləri doğrultmadı. Şans qazandığı oyunların heç birində özünü göstərə bilməyən “sambaçı” anlaşmanın qarşılıqlı razılaşma əsasında pozulmasına razılaşıb.
SPORTİNFO.AZ

