"Qəbələ"nin legioneri Rafael Utziq əyalət təmsilçisinə qayıdıb-qayıtmayacağını bilmir.
Sportinfo.az xəbər verir ki, bu barədə braziliyalı hücumçunun özü ölkəsinin mətbuatına açıqlama verib.
Hazırda vətənində istirahət edən 26 yaşlı forvard bildirib ki, bu işlərlə agenti məşğul olur:
"Mövsüm başa çatıb. Braziliyada ailəmi görmək üçün bir neçə gün vaxtım var. Yeni təkliflər və digər məsələlərlə bağlı hər şeyi agentimin öhdəsinə buraxmışam".
Rafael Utziqin "Qəbələ" ilə müqaviləsi başa çatıb. Tərəflər yeni sözləşmə ilə bağlı danışıqları davam etdirirlər.

