Mövsümü avrokuboklara vəsiqə qazanmaqla başa vuran “Qəbələ”də indi əsas diqqət heyətin qorunub-saxlanmasına yönəlib.
UEFA Konfrans Liqasının oyunları öncəsi Ruan Renato, İsnik Alimi, Yaovi Akakpo, Kristof Atanqana ilə yeni müqavilə imzalanıb,
Rafael Utziq də karyerasını bölgə təmsilçisində davam etdirmək istəyində olduğunu klub rəsmilərinə bildirib.
Odur ki, “Qəbələ” 3 legionerdən cavab gözləyir. Bunlar Stefan Vukçeviç, Omar Hani və Fernan Lopesdir. Rəhbərlik onlara yeni sözləşmə şərtlərini təklif edib, əcnəbilər isə düşünüb qərar vermək üçün vaxt istəyib.
“3-lüy”ün avrokuboklarda oynamaq istəyi var. Sadəcə, maddi şərtlərdə ortaq məxrəcə gəlmək lazımdır.
Klubun başbilənləri iyunun 5-nə kimi bu işi bitirmək niyyətindədir.
HƏBİB / SPORTİNFO.AZ

