Yayda ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Qəbələ"nin yerli futbolçularına diqqət böyükdür.
Əla mövsüm keçirən bölgə klubunun əksər yerli üzvlərinə digər Premyer Liqa klublarından daha yaxşı şərtlərlə müqavilə təklifləri gəlməkdədir.
Amma onlar heç də bir az artıq pula və ada görə "ağ qaralar"ı tərk etməyi düşünmürlər.
Bütün yerli futbolçular daha aşağı məvacib qarşılığında da "Qəbələ"də qalacaqlarına dair rəhbərliyə vəd veriblər.
Onları bu jestə məcbur edən arxada qalan müddətdə rəhbərlikdən gördükləri diqqət və baş məşqçi Elmar Baxşıyevə olan sədaqətdir.
Ki, özləri də cəmi 1 il əvvəl indikindən çox aşağı performansa sahib olduqlarını və inkişaflarında "Qəbələ"nin mühüm rolu olduğunu yaxşı bilirlər.
XANOĞLAN / SPORTİNFO.AZ

