«Qəbələ» əsas himayədarı olan «Gilan»dən gələn xəbərlə sevinib.
Holdinq təsisçilik payını tamamilə özündə saxladığı kluba ayırdığı büdcəni bir qədər də artırıb.
Belə ki, 3 illik fasilədən sonra avrokuboklar səhnəsinə dönən əyalət təmsilçisi yeni mövsüm üçün «Gilan»dan 1 milyon dollardan artıq vəsait alacaq.
Bir sözlə, «Qəbələ»nin fəxri prezidenti Tale Heydərov komandanın Konfrans Liqasına vəsiqə qazanmasına biganə qalmayıb.
İki ildən çoxdur klubun fəaliyyəti ilə yaxından maraqlanmayan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu bu dəfə fərqli münasibət g\östərib.
O, qitə arenasına qayıdan «qırmızı-qaralar»ı təbrik edib, onlara Konfrans Liqasında uğurlar arzulayıb. Oğul Heydərov inandığını bildirib ki, «Qəbələ» bu yarışda uğurlu çıxışı ilə yadda qalacaq.
Heydərov hələ bu ilin əvvəlində «Qəbələ»yə əlavə maliyyə vəsaiti ayırıb - klubun büdcəsini 200 min manat zənginləşdirib.
Əyalət təmsilçisi ikinci mövsümdür ki, AFFA-nın sayəsində ayaqda qalıb. Ötən sezon «qırmızı-qaralar»a 1,5 milyon manat verən federasiya cari «futbol ili»ndə bu dəstəyi bir qədər də artırıb.
SPORTİNFO.AZ

