"Qəbələ" yeni transfer xəbərini rəsmən açıqladı

23 May 2022 22:40 Qəbələ 864
"Qəbələ" yeni transfer xəbərini rəsmən açıqladı

"Qəbələ" mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" İlkin Qırtımovu heyətinə qatıb

32 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Son klubu “Şamaxı” olan Qırtımov 2015 - 2018 və 2019 - 2022-ci illərdə bu komandada çıxış edib. O, Premyer Liqada “Simurq” (2009-2015), “Neftçi” (2018) və “Zirə”nin (2018-2019) də formasını geyinib.

İlkin Qırtımov Azərbaycan millisində də çıxış edib. Yığmada 2014-cü ildə debüt edən müdafiəçi 5 matç keçirib.

Digər Xəbərlər
Xəbər Lenti