İmzanı atdı, "Qəbələ"nin ən bahalı futbolçusu oldu

23 May 2022 11:40 Qəbələ 1 842
İmzanı atdı, "Qəbələ"nin ən bahalı futbolçusu oldu

Ruan Renato «Qəbələ»nin ən bahalı futbolçusu olub.

Əyalət klubu ilə müqaviləsinin müddətini 1 il uzadan braziliyalı müdafiəçi 180 min manata yiyələnib.

Bu isə onun başa çatmaq üzrə sezonda aldığı pulla müqayisədə xeyli çoxdur.

2021-ci ilin avqustundan “Qəbələ”nin şərəfini qoruyan Renato 2 qol vurub. Onun anlaşması 2023-cü ilin iyununda başa çatacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!