“Maliyyə məsələləri? Mən ona qarışmıram, getmələrini istəmirəm”

21 May 2022 16:40 Qəbələ 949
“Maliyyə məsələləri? Mən ona qarışmıram, getmələrini istəmirəm”

“Mən heç bir futbolçunun yayda komandadan ayrılmasını istəmirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

3 illik fasilədən sonra avrokuboklara vəsiqə qazandıqlarına diqqət çəkən mütəxəssis Konfrans Liqasına ciddi hazırlaşmaq niyyətində olduqlarını bildirib.

Sitat: “Bunun üçün ilk növbədə indiki heyəti qorumalıyıq. Bütün futbolçuların qazandığımız uğurda payı var.

Mən bilirəm ki, onlar ötən 1 ildə nə əziyyətlər çəkiblər. Biz pis gündə də, yaxşı gündə də həmişə bir yerdə olmuşuq.

“Qəbələ” avrokuboklara vəsiqəni bu birliyin sayəsində qazanıb. Mən bunu itirə bilmərəm. İstəyirəm ki, yayda gedən olmasın.

Fikrimi rəhbərliyə demişəm. Çünki hazırda burada olanların hamısı yenə də “Qəbələ”də qalmaq arzusundadır. Elə bir legioner yoxdur ki, başqa harasa getmək istəsin.

Maliyyə məsələləri? Bu, rəhbərliklə futbolçular arasında olan söhbətdir, mən ona qarışmıram”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!