"Qəbələ"nin kapitanı "heç kim belə etməzdi" açıqlamasına CAVAB VERDİ

21 May 2022 10:40 Qəbələ 980
"Qəbələ"nin kapitanı "heç kim belə etməzdi" açıqlamasına CAVAB VERDİ

"Zədəli halda oyunlara çıxmağım həm komandaya kömək etmək istəyim, həm də baş məşqçimizin mənə göstərdiyi etimaddan irəli gəlirdi".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin kapitanı Ürfan Abbasov deyib.

Hazırda müdafiəçinin durumu heç də yaxşı deyil. Premyer Liqanın son turlarında zədəli-zədəli meydançaya çıxan müdafiəçi əməliyyata hazırlaşır.

Problem onun dizində – xaçvari bağlarının qopmasından qaynaqlanır. Bu səbəbdən Konfrans Liqasında komandasına kömək edə bilməyəcəyi gözlənilir.

Bu mövsüm 25 oyunda meydana çıxan 29 yaşlı futbolçu 1 qol və 2 asistlə yadda qalıb.

Abbasov baş məşqçi Elmar Baxşıyevin mətbuata açıqlamasında onun haqda "heç kim belə etməzdi" deməsinə münasibət bildirib:

"Şükürlər olsun ki, istədiyimiz nəticəni qazana bildik. "Qəbələ"nin karyeramda önəmli yer tutur. Bacardığım qədər komandaya kömək etməyə hazıram".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!