Kapitandan TƏƏCCÜBLÜ AÇIQLAMA: “Ola bilər ki, karyeramı başa vurum”

20 May 2022 20:40 Qəbələ 1 009
Kapitandan TƏƏCCÜBLÜ AÇIQLAMA: “Ola bilər ki, karyeramı başa vurum”

“Ola bilər ki, 1 aydan sonra karyeramı başa vurum. Ola da bilər ki, bundan sonra 3 il də oynayım”.

“Qəbələ”nin kapitanı Asif Məmmədov Sportinfo.az-a açıqlamasında gələcək karyerası ilə bağlı danışıb.

Təcrübəli yarımmüdafiəçinin 36 yaşı bu ilin avqustunda tamamlanacaq. Bu yaşda futbolçuların böyük əksəriyyəti karyerasını başa vurmağa hazırlaşır, ya da başa vurmuş olur.

Asif bununla bağlı qərarı fiziki durumuna nəzər yetirəndən sonra verəcəyini deyib:

“Bu, fiziki və psixoloji durumumdan asılı olan bir şeydir. Bu dəqiqə özümü 40 yaşa qədər oynayacaq vəziyyətdə hiss edirəm.

Bu il demək olar bütün oyunlarda meydanda olmuşamsa, deməli, gücüm var. Görsəm ki, gücüm tükənib, ayaqlaşa bilmirəm, onda “hə, vaxtdır” deyib gedəcəm. Bilmək olmaz, bəlkə 3-4 il oynadım”.

Asif Məmmədov cari mövsümdə “Qəbələ”nin heyətində Premyer Liqada 22 matçda 1690 dəqiqə meydanda olub və 1 qol vurub.

Ölkə kubokunda isə 5 matçda 304 dəqiqə top dalınca qaçmaqla “Qarabağ”ın qapısına yol tapıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular