“Sumqayıt”ın imtina qərarı “Qəbələ”nin hər futbolçusuna 8000 manat qazandırdı

20 May 2022 16:40 Qəbələ 1 515
“Sumqayıt”ın imtina qərarı “Qəbələ”nin hər futbolçusuna 8000 manat qazandırdı

“Sumqayıt” rəhbərliyinin verdiyi qərar “Qəbələ”nin futbolçuları tərəfindən böyük sevinclə qarşılanıb.

Məsələ ondadır ki, Premyer Liqanın 27-ci turunda «Sabah»la Masazırda 2:2 hesablı bərabərliyə imza atan «kimyaçılar» 30 min manatı qəbul etməkdən son anda vaz keçib.

Söhbət «Qəbələ»nin onları stimullaşdırmaq üçün təklif elədiyi məbləğdən gedir. Belə ki, «qırmızı-qaralar» avrokuboklar yolunda əsas rəqibi olan «Sabah»a ciddi müqavimət göstərməsi müqabilində «Sumqayıt»lılara bu qədər mükafat vəd verib.

Danışıqlar futbolçular səviyyəsində gedib. Razılaşmaya əsasən, ayrılan vəsait bu gün qarşı tərəfə çatmalıymış.

Saytımız bu haqda xəbəri tirajlayandan sonra hərəkətə keçən «Sumiqayıt» rəhbərliyi araşdırma aparıb və yazdıqlarımızın doğruluğunu öyrənib.

Bununla da kifayətlənməyən rəsmilər oyunçularla söhbət edərək, qazanılan 1 xala görə “Qəbələ”nin puluna ehtiyac olmadığını bildiriblər.

“Qırmızı-qaralar”ın rəhbərliyi Konfrans Liqasına vəsiqə qazanmasına görə kollektivə 200 min manata mükafat vəd edib.

Demə, “Sumqayıt”a çatdırılması nəzərdə tutulan 30000 manat ümumi fondan veriləcəkmiş. İndi isə 200 min komanda üzvləri arasında bölüşdürüləcək.

Əsas heyət üzvlərinin hər birinə 8000 manat ödəniləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda