Əyalət klubu braziliyalı hücumçu ilə anlaşma əldə etdi

18 May 2022 11:40 Qəbələ 1 268
Əyalət klubu braziliyalı hücumçu ilə anlaşma əldə etdi

Konfrans Liqasına vəsiqə qazanan «Qəbələ» daha bir aparıcı legioneri ilə razılığa gəlib.

Müdafiəçi Ruan Renatodan sonra Rafael Utrixlə anlaşma əldə olunub.

Son 2 mövsümdə qırmızı-qara formanı geyinən braziliyalı hücumçu gələn ilin yayınadək burada qalacaq.

Cənubi amerikalı forvard 1 illik yeni müqavilənin şərtləri öncəkilərdən fərqlənir. Buna kimi hər ay 5000 dollar qazanan Utrik qarşıdakı sezonda daha yüksək əməkhaqqı alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti