Yığmanın müdafiəçisi “Qəbələ”yə gərək olmadı

16 May 2022 16:40 Qəbələ 987
Yığmanın müdafiəçisi “Qəbələ”yə gərək olmadı

"Qəbələ" 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Samet Karakoçla vidalaşıb.

“Qırmızı-qaralar"la bu ilin yanvarında 5 ay + 1 illik müqavilə bağlamış 20 yaşlı müdafiəçi artıq düşərgəsini tərk edib.

Bunun səbəbi ailə problemi deyil. Göstərilən rəsmi açıqlama həqiqəti əks etdirmir.

Samet əsas heyətə düşməməsindən narazı qalıb və etirazını dəfələrlə dilə gətirib. Baş məşqçi Elmar Baxşıyevin ona etimad göstərməyəcəyini görüən arxa xətt oyunçusu ayrılmağı üstün tutub.

20 yaşlı müdafiəçi ilə 2022/23 mövsümünün sonuna qədər nəzərdə tutulan anlaşmaya imza atan bölgə təmsilçisi 3000 min dollar civarında əməkhaqqı ödəyib.

Son klubu “Bayrampaşa” olan Karakoç 2020-ci ilin yayında əsas komandaya cəlb edilib.

Azərbaycanın U-19 yığmasının formasını geyinmiş sol cinah müdafiəçisinin "Qəbələ“yə transferinin reallaşdırmasına keçmiş futbolçu yardımçı olub.

Belə ki, hazırda millinin meneceri vəzifəsini yerinə yetirən İlqar Qurbanov vasitəçilik missiyasını öz üzərinə götürüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti