Azərbaycan futbolunda YENİ OLAY - "Sabah"dan xal almaq üçün böyük məbləğ verdilər

16 May 2022 15:00 Qəbələ 2 925
Azərbaycan futbolunda YENİ OLAY - "Sabah"dan xal almaq üçün böyük məbləğ verdilər

Dünən Premyer Liqada 27-ci turun oyunları keçirildi və avrokubokların növbəti mövsümündə iştirak edəcək bütün klubların adlarına aydınlıq gəldi.

Bu tura kimi iddiasını sürdürən «Sabah» gözlənilmədən Masazırda 2 xal itirdi.

«Sumqayıt»ı qonaq eləyən «tələbələr» son dəqiqələrdə vurduğu qollarla yalnız 1 xal qazana bildi. Onların əsas rəqibi «Qəbələ» isə Şamaxıda eyniadlı komandaya 1:0 hesabıyla qalib gəlməklə, qitə arenasına çıxışını rəsmiləşdirdi.

«Qırmızı-qaralar» Konfrans Liqasına vəsiqə qazanmaq üçün ənənəvi yola əl atıb. Bölgə klubu «Sumqayıt»ı stimullaşdırıb.

«Sabah»a qarşı daha ciddi müqavimət göstərmək üçün «gənclik şəhəri» təmsilçisinə mükafat vəd ediblər və sonda verdikləri sözü yerinə yetiribər. Bu məqsədlə «kimyaçılar»a 30 min manat ödənilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!