"Qəbələ"də pul qazandı, Azərbaycan futbolunu bəyənmədi

12 May 2022 22:40 Qəbələ 1 163
"Qəbələ"də pul qazandı, Azərbaycan futbolunu bəyənmədi

"Braziliyanın B Seriyası Azərbaycan Premyer Liqasından daha gərgin və rəqabətlidir.

Burada kimin çempion olacağını və A Seriyasına yüksələcəyini əvvəlcədən müəyyən edə bilməzsiniz".

Sportinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin sabiq futbolçusu Bruno da Silva "vavel.com" saytına açıqlamasında deyib.

34 yaşlı yarımmüdafiəçi bildirib ki, son illər Azərbaycanda futbol kəskin dəyişib:

"Amma yenə də titul uğrunda əvvəlkitək eyni komandalar mübarizə aparırlar".

Bruno da Silva 2010 - 2012-ci illərdə "qırmızı-qaralar"ın formasını geyinib. Braziliyalı hazırda ölkəsinin "Novorizontino" klubunda çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı