Dünən Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub.
Hesabat həftəsinin son oyununda avrokuboklara iddialı "Qəbələ" autsayder "Səbail"in qonağı olub.
"ASCO Arena"dakı qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bayıl təmsilçisinin heyətində qolları 41-ci dəqiqədə Adil Nağıyev, 67-ci dəqiqədə Nikolas Raysel və 73-cü dəqiqədə İbrahim Aslanlı vurub.
Bu nəticədən sonra xallarını 14-ə çatdıran "Səbail" sonuncu pillədəki mövqeyində qalıb. "Qəbələ" isə 34 xalla 4-cüdür.
Baş hakim Vüqar Həsənli “qırmızı-qaralar”ı narazı salan bir neçə səhvə yol verib. Bunların nəticəyə təsir göstərən xətalar olduğunu deyə bilərik.
Həmin görüntüləri izləmək üçün bu linkə daxil olun:
SPORTİNFO.AZ

