Özü də, köməkçiləri də qaldı – “Qəbələ”də illik toplu anlaşma

8 Aprel 2022 17:20 Qəbələ 718
Özü də, köməkçiləri də qaldı – “Qəbələ”də illik toplu anlaşma

“Qəbələ” baş məşqçisi Elmar Baxşıyev və köməkçiləri ilə müqavilənin müddətini uzadıb.

Əyalət təmsilçisinin mətbuat xidməti dünən Sportinfo.az-ın yaydığı xəbəri bu gün rəsmən açıqlayıb.

Verilən məlumata görə, 42 yaşlı mütəxəssis, həmçinin köməkçilər Xaqani Məmmədov və Rasim Ramaldanov, qapıçı məşqçisi Vüqar Məmmədovla yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub.

Əvvəlki müqavilələri 2021-2022-ci illər mövsümünün sonunda başa çatacaq məşqçilər korpusu daha bir mövsüm “qırmızı-qaralar"da çalışacaq.

Onlarla imzalanan yeni anlaşma 2022-2023-cü illər mövsümünün sonunadək olan dövrü əhatə edəcək.Baxşıyev 2019-cu ilin sentyabrından “Qəbələ”nin baş məşqçisidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti