Ruan Renato ilə müqavilənin müddətini 1 il uzadan «Qəbələ» yeni mövsümün planlarını korrektə etməyə başlayıb.
Əyalət təmsilçisi kontraktı bitmək üzrə olan digər legionerlərlə danışıqlar masası arxasına əyləşib.
«Qırmızı-qaralar» onlara sözləşməni daha 1 il uzatmağı təklif edib.
Təbii ki, əvvəlki şərtlərlə yox. Əcnəbi futbolçular burada qalmağı üstün tutarsa, cari mövsümlə müqayisədə daha yüksək əməkhaqqı alacaq.
SPORTİNFO.AZ

