“Qəbələ”nin ”şinelindən çıxdı”, bu hadisəni yaşadı

6 Aprel 2022 14:20 Qəbələ 1 065
“Qəbələ”nin ”şinelindən çıxdı”, bu hadisəni yaşadı

Rövlan Muradov “Qəbələ”də 70-ci oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XXI turuna təsadüf edib.

“Keşlə” ilə ev oyunu (1:1) klubun yetirməsi üçün əsas komandada 70-ci matç olub.

24 yaşlı futbolçunun debütü 2018/19 mövsümündə gerçəkləşib. Muradov mövsümün son turunda – mayın 11-də səfərdə keçirilən “Sumqayıt”la görüşdə (0:1) meydana çıxıb.

Muradov indiyədək keçirdiyi 70 matçda 9 qola imza atıb. O, Premyer Liqada 61 (8 qol), kubokda 8 (1 qol), Avropa Liqasında 1 matçda iştirak edib.

Rövlan “Qəbələ”də 70 və ya daha çox matç keçirən 24-cü futbolçudur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti