Komandanın Premyer Liqanın son 4 turunda qalib gəlməməsi «Qəbələ» rəhbərliyində narahatlıq yaradıb.
İtirilən xallar liderlər qrupundakı vəziyyətə birbaşa təsir göstərib - «qırmızı-qaralar» 4-cü pilləyə enib və avrokuboklara vəsiqə qazanmaq şansı təhlükəyə girib.
Çünki «Sabah» qələbələri sıralamaqla onlarla aradakı xal fərqini 5-ə endirib. Çempionatın sonuncu - dördüncü dövrəsi bu mənada çox gərgin və əsəbi keçəcək.
Bütün ehtimalları nəzərə alan «Qəbələ» rəsmiləri B variantı üzərində işləməyə başlayıb. Bu, bilavastə baş məşqçi ilə bağlıdır.
İşdir, komanda qitə arenasından kənar qalsa, Elmar Baxşıyevlə müqavilənin müddəti uzadılmayacaq. Onu kimin əvəzləyəcəi də məlumdur – Ramin Quliyev.
Cari sezonun əvvəlində «Sabah»dan ayrılan mütəxəssis «Qəbələ»yə yad birisi deyil.
O, xeyli müddət burada çalışıb: akademiyadan başlayaraq ta əsas komandayadək yüksəlib, Roman Qriqorçukun köməkçisi olub.
Quliyev klubun yeni baş meneceri Nail Kərimova yaxınlığı ilə bilinir. Və o da bilinir ki, «Qəbələ»yə qayıtmağa razıdır.
SPORTİNFO.AZ

