“Vaxtilə çoxları “Qəbələ”ni tərk etməyin peşmançılığını çəkib”

5 Aprel 2022 17:40 Qəbələ 883
“Vaxtilə çoxları “Qəbələ”ni tərk etməyin peşmançılığını çəkib”

“Nicat Mehbalıyevin burada qalması ürəyimizcə olar.

Klubu geri qayıtmasını istəyirsə, yenə də problem yoxdur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Canni De Byazinin ilk dəfə milliyə çağırdığı Nicat Mehbalıyev mövsümün sonunda “Qəbələ”dən ayrılacaq. Gənc qapıçı müqavilə ilə məxsus olduğu “Sabah”ın düşərgəsinə dönəcək.

Əyalət təmsilçisi ötən ilin yayında sıralarına qatdığı “çərçivə qoruyucusu”nu saxlamağa çalışsa da, Masazır klubu onu yenidən icarəyə verməyə razılaşmayıb.

Baxşıyevi dinləyək: “Bu gün o fikirdəyəm ki, “Qəbələ”dən ayrılmaq Nicatın xeyrinə olmayacaq. Özü də bunu başa düşür.

Tərlan Əhmədli ötən ilin yayında “Sumqayıt”a getdi. Amma o, “Qəbələ”dəki Tərlan deyil. Burada daha çox şans qazanır və özünü göstərirdi.

Görəcəksiz, Nicat gedəndən bir müddət sonra yenidən “Qəbələ”yə dönmək istəyəcək.

Vaxtilə çoxları komandamızı tərk etməyin peşmançılığını çəkib. Bunları görmüşük. Yenə problem yoxdur, olsun”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti