“Qəbələ”də 50 oyun(dan) çıxdı, 10 dəfə "vurdu"

5 Aprel 2022 11:00 Qəbələ 561
“Qəbələ”də 50 oyun(dan) çıxdı, 10 dəfə "vurdu"

Rafael Utziq “Qəbələ”də 50-ci oyununu keçirib.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı hücumçunun yubileyi Premyer Liqanın XXI turuna təsadüf edib.

“Keşlə” ilə ev matçı (1:1) 26 yaşlı legioner üçün əlamətdar olub.

2020-ci ilin yayından “qırmızı-qara” formanı geyinən Rafael bu müddətdə 10 qol vurub.

O, Premyer Liqada 45, Azərbaycan kubokunda 5 dəfə şans qazanıb. Cənubi amerikalı bütün qollarına çempionatda imza atıb.

Rafael klub tarixinə 50 və daha çox oyun keçirən 51-ci futbolçu kimi düşüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti