"Qara zolaq" yox, "qara bəxt"

4 Aprel 2022 21:00 Qəbələ 716
"Qara zolaq" yox, "qara bəxt"

"Qəbələ" ardıcıl 4 oyundu qələbə qazana bilmir.

"Neftçi" və "Qarabağ"a uyğun olaraq 0-4, 1-5 hesabla məğlub olan komanda "Zirə" (0-0) və "Keşlə"(1-1) ilə bərabərə qalıb.

Bu rəqiblərdən "Qəbələ"nin "dişinə" görə olanlarə sözsüz ki, "Zirə" və "Keşlə" idi. Ki, komanda hər iki rəqiblə də doğma meydanda xal itirdi.

Amma oyun olaraq eyni şeyi demək olmaz. Hər kəs bu həqiqəti qəbul edər ki, Elmar Baxşıyevin yetirmələri paytaxt klubları ilə oyunlarda meydanda diqqtə edən tərəf olub.

"Zirə" ilə iki günə başa çatan matçda hər iki gün də zərbələr tirdən qayıtdı. Hələ başqa real qol epizodları və ya ərazi üstünlüyündən danışmıram.

Dünənki "Keşlə" matçı da həmin "iki günlük" matçdan geri qalmadı. Yenə dirəklər, yenə bəxtsizlik, yenə şanssızlıq. Son 6 dəqiqədə "Qəbələ"nin qələbə qolunu vurmasına 4 real qol epizodu oldu.

Gah dirək, gah rəqib qapıçının möhtəşəm seyvi qola mane oldu. Məncə, elə bu faktlar bölgə klubunun "qara zolaq"dan yox, "qara bəxt"dən əziyyət çəkməsini deməyə yetərlidir.

Hə, kimsə deyə bilər ki, bəs darmadağınlara nə söz? Əvvəla, "Neftçi" və "Qarabağ"ın adı çox şeyin cavabdır. Bu komandalar maliyyə və oyunçu ehtiyatlarına görə nəninki "Qəbələ"ni, hətta digər bütün klubları darmadağın etmək potensialına sahibdir.

Sonrası isə odur ki, "Qəbələ" "Zirə" və "Keşlə" ilə matçlarda "qara bəxt"dən əziyyət çəkməsəydi, bu gün nə "qara zolaq" yada düşərdi, nə də "Neftçi" və "Qarabağ".

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti