Premyer Liqa klubu ilə müqavilə imzalayan braziliyalının sözü var

4 Aprel 2022 14:20 Qəbələ 839
Premyer Liqa klubu ilə müqavilə imzalayan braziliyalının sözü var

"Qəbələ" ilə yeni müqavilə imzalayan Ruan Renato instaqramda paylaşım edib.

Sportinfo.az xəbər verir ki, braziliyalı müdafiəçi xoşbəxt və motivasiyalı olduğunu bildirib:

"Çox xoşbəxtəm və növbəti mövsümlər üçün ailəmlə birlikdə daha motivasiyalıyam".

28 yaşlı futbolçu "qırmızı-qaralar"la müqaviləsini 2023-cü ilin yayına qədər artırıb. O, 2021-ci ilin avqustundan "Qəbələ"də çıxış edir və 23 matçda 2 qol vurub.

Onun buna kimi son klubu Braziliya təmsilçisi “Ponte Preta” olub.

O, daha öncə vətənində “Santa Rita” (2015), “Quaratinqueta” (2015-18), “Yuventud” (2016-17, icarə əsasında), “Vitoriya” (2018-20), “Fiqueyrense” (2019, icarə əsasında), “Botafoqo” (2020, icarə əsasında), həmçinin Avstriyanın “Austriya” (2017-18, icarə əsasında) klublarında da çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti