Yeni təkliflə razılaşdı, “Qəbələ”nin ən bahalı legioneri oldu

2 Aprel 2022 10:40 Qəbələ 1 227
Yeni təkliflə razılaşdı, “Qəbələ”nin ən bahalı legioneri oldu

“Qəbələ”nin Ruan Renato ilə müqavilə müddətini uzadacağını xəbər vermişdik.

Dünən klub bu məlumatı rəsmən açıqladı.

Braziliyalı müdafiəçi ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub. Əvvəlki sözləşməsi 2021-2022-ci illər mövsümünün sonuna kimi nəzərdə tutulan 28 yaşlı cənubi amerikalı daha bir 1 il qırmızı-qara formanı geyinəcək.

Onun anlaşması 2023-cü ilin iyununda başa çatacaq. 2021-ci ilin avqustundan “Qəbələ”nin şərəfini qoruyan Renato 22 matçda 2 qol vurub.

Onun buna kimi son klubu Braziliya təmsilçisi “Ponte Preta” olub.

O, daha öncə vətənində “Santa Rita” (2015), “Quaratinqueta” (2015-18), “Yuventud” (2016-17, icarə əsasında), “Vitoriya” (2018-20), “Fiqueyrense” (2019, icarə əsasında), “Botafoqo” (2020, icarə əsasında), həmçinin Avstriyanın “Austriya” (2017-18, icarə əsasında) klublarında da çıxış edib.

“Sambaçı“ yeni sezonda 10 min dolların üstündə əməkhaqqı alacaq. Bu isə Renatonu “Qəbələ“nin ən ödənişli legioneri edəcək.

Əyalət təmsilçisinin yay transfer çalışmalarına ondan başlaması da təsadüfi deyil. Qəbələlilər “Neftçi“ başda olmaqla, bir sıra Premyer Liqa klublarının braziliyalının arxasınca düşməsindən xəbərdar idi.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti