“Qəbələ” Ruan Renato ilə müqavilə müddətini uzadıb.
Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi ilə 2023-cü ilin yayınadək sözləşmə imzalanıb.
Əvvəlki müqaviləsi cari mövsümünün sonunda başa çatmalı olan 28 yaşlı cənubi amerikalı oyunçu daha bir mövsüm “qırmızı-qara” formanı geyinəcək.
2021-ci ilin avqustundan “Qəbələ”nin şərəfini qoruyan Ruan Renato 22 matçda 2 qol vurub.

