"Mən futbolçularımın daha yaxşı maaş almasını istəyirəm"

29 Mart 2022 14:00 Qəbələ 1 061
"Mən futbolçularımın daha yaxşı maaş almasını istəyirəm"

«Futbolçularımıza başqa klubların maraq göstərməsindən xəbərdaram. Açığı, mən bunu gözləyirdim».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Onun bildirdiyinə görə, mövsüm sona yaxınlaşdıqca, transfer söz-söhbətlərinin artması təbii haldır:

«İstər yerli, istərsə də legionerlərimizə təkliflər gəlməkdədir. Hamısından xəbərdarıq. Amma bundan o qədər də narahat deyiləm.

Bilirəm ki, buradakı futbolçuların hamısının ilk seçimi yenə «Qəbələ» olacaq. Çalışacağıq ki, yayda komandadan gedənlər olmasın.

Bunun üçün avrokuboklara vəsiqə qazanmaq istəyir. Avrokuboklarda iştirak klubumuzun maliyyə durumuna müsbət təsir edəcək, gəlirimiz artacaq.

Əsas heyətdə oynayanlarından elələri var ki, ayda 1000-1500 manat alır. Mən futbolçularımın daha yaxşı maaş almasını istəyirəm.

Onlar buna layiqdir. Komanda qurmaq çətin məsələdir. Bizdəki kimi komanda formalaşdırmaq isə ümumiyyətlə, çətin məsələdir.

Sağlam və güclü kollektivimiz var Rəhbərlik də, mən də istəyirəm ki, bu kollektivi qoruyaq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti