ŞOK AÇIQLAMA: “Son vaxtlar komandanı içəridən parçalamağa çalışanlar var”

28 Mart 2022 16:00 Qəbələ 1 178
ŞOK AÇIQLAMA: “Son vaxtlar komandanı içəridən parçalamağa çalışanlar var”

“Komandamız son turlardakı nəticələrə görə ruhdan düşməyib”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Premyer Liqanın ötən hesabat həftələrində ardıcıl olaraq “Qarabağ”, “Zirə” və “Neftçi” ilə üz-üzə gələn əyalət təmsilçisi cəmi 1 xal toplayıb.

Evdə “Zirə” ilə qolsuz bərabərliyə razılşan “qırmızı-qaralar” səfərdə “Qarabağ”a 1:5, “Neftçi”yə 0:4 hesabıyla uduzub.

Turnir cədvəlinin 4-cü pilləsinə yuvarlanan bölgə komandası avrokuboklara vəsiqə qazanmaq iddiasından əl çəkmək fikrində deyil. Hər halda müsahibimiz mübarizəni davam etdirəcəklərini bildirir:

“Son üç turda liderlər qrupunda olan rəqiblərlə qarşılaşmışıq. Bizim kimi, başqaları da onlarla oyunlarda xal qazanmağa çətinlik çəkir.

Qarşıda hələ 8 tur var. Bu müddətdə çox şey baş verə, dəyişə bilər. Mən futbolçularıma inanıram.

Həm rəhbərlik, həm də komandada olanlar istəyir ki, avrokuboklara vəsiqə qazanaq. Mövsümün əvvəlindən əziyyət çəkə-çəkə gəlib bu yerə çıxmışıq.

Düzdür, son vaxtlar görürəm ki, komandanı içəridən parçalamağa çalışanlar var. Onlar bəzi mətbuat orqanlarından istıfadə etməyə, onların vasitəsilə futbolçularımıza təsir göstərməyə cəhd göstərirlər.

Bunlar heç bir nəticə verməyəcək. “Qəbələ” böyük bir ailədir, kimlərsə kənardan bizə təsir edə bilməz.

Hər gün komandanın içindəyəm, hamının necə həvəslə çalışdığını, istəkli olduğunu görürəm. Sevinirəm ki, belə bir kollektivimiz var. Bu heyətlə çox iş görmək olar”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti