“Neftçi“nin istədiyi müdafiəçi yekun qərarını verdi

28 Mart 2022 09:40 Qəbələ 1 990
“Neftçi“nin istədiyi müdafiəçi yekun qərarını verdi

“Neftçi“nin transfer siyahısında yer alan Ruan Renato gələn mövsümə harada başlayacağını dəqiqləşdirib.

Braziliyalı müdafiəçi “Qəbələ“də qalmağa üstünlük verib.

Bu mövsümdən etibarən qırmızı-qara formanı geyinən 28 yaşlı arxa xətt oyunçusu klubu ilə 1+1 illik müqaviləsinin ikinci bölümünün qüvvəyə minməsinə razılaşıb.

Əyalət təmsilçisi bunun qarşılığında adıçəkilən legionerin məvacibini artırmağı qərara alıb.

Renatonun buna kimi son klubu Braziliya təmsilçisi “Ponte Preta” olub.

O, daha öncə vətənində “Santa Rita” (2015), “Quaratinqueta” (2015-18), “Yuventud” (2016-17, icarə əsasında), “Vitoriya” (2018-20), “Fiqueyrense” (2019, icarə əsasında), “Botafoqo” (2020, icarə əsasında), həmçinin Avstriyanın “Austriya” (2017-18, icarə əsasında) klublarında da çıxış edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti