"Qəbələ"dən əzmkar qələbə

27 Mart 2022 18:15 Qəbələ 808
"Qəbələ"dən əzmkar qələbə

Milli komandaların oyunları ilə əlaqədar fasilədən yararlanan "Zirə" və "Qəbələ" komandaları arasında yoxlama matçı keçirilib.

Sportinfo.az xəbər verir ki, görüş əyalət təmsilçisinin əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı oyunun əvvəlində "Zirə"nin qış transferi Hamidu Keyta açıb. Lakin fasilədən sonra İsnik Alimi penaltidən bərabərlik, Rafael Utziq isə qələbə topunu vurub.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda oynanılıb.

Digər Xəbərlər
Xəbər Lenti