"Neftçi" öz oyunçusunu "Qəbələ"yə icarəyə verəcəkm?

27 Mart 2022 23:20 Qəbələ 1 030
"Neftçi" öz oyunçusunu "Qəbələ"yə icarəyə verəcəkm?

«Qəbələ»nin icarəyə götürmək istədiyi növbəti futbolçunun adı məlum olub.

Əyalət təmsilçisi «Neftçi»dən Kamran İbrahimovu sıralarına qatmaq niyyətindədir.

Buna səbəb «Sabah»ın Nicat Mehbalıyevi geri qaytarmağa hazırlaşmasıdır.

Masazır təmsilçisi icarə əsasında «Qəbələ»nin formasını geyinən qapıçının mayın sonunda düşərgəyə dönüşünü gözləyir. Başqa sözlə, Nicat artıq təcrübə toplayıb və onların özünə lazımdır.

Kamranın isə belə bir şansı çox azdır. Aqil Məmmədov bir müddət sonra sıraya dönəcək. Üstəlik, İvan Brkiç də var.

«Neftçi» Aydın Bayramovu da «Sumqayıt»dan almağı planlaşdırıb. Belədə İbrahimova yer qalmır və onun üçün ən uyğun variant «Qəbələ»yə getməkdir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti