Azərbaycan millisinin Malta və Latviya ilə oyunları üçün heyət açıqlandıqdan bu yana "Qəbələ"nin yarımmüdafiəçisi Rövlan Muradovun milliyə dəvət edilməməsi müzakirələrə səbəb olmuşdu.
Hətta bu barədə Canni De Byazi də mətbuat konfransında fikirlərini bildirərək, Muradovla danışdığını bildirmişdi.
Sportal.az xəbər verir ki, "Qəbələ"nin bu mövsüm əsas üzvlərindən birinə çevrilən Muradov şəxsi instaqram səhifəsində paylaşım edib.
O, paylaşımı ilə bir növ milliyə cəlb olunmamasına paylaşımı ilə cavab vermiş olub: "Təslim olmaq yox! Mübarizəyə davam!".

