De Byazinin qərarları bölgə klubuna mənfi təsir edə bilərmi? - AÇIQLAMA

24 Mart 2022 21:20 Qəbələ 838
De Byazinin qərarları bölgə klubuna mənfi təsir edə bilərmi? - AÇIQLAMA

Milli komandanın Malta və Latviya millilərinə qarşı yoxlama görüşləri üçün açıqlanan heyəti çox tənqid olundu.

Daha çox müzakirə olunan mövsümün surpriz komandası olan "Qəbələ"dən cəmi 1 nəfərin dəvət alması idi.

Konkret adlara gəlsək, Rövlan Muradov və Ülvi İsgəndərovun dəvət olunmaması ciddi narazılıq yaratdı.

Təbii ki, başverənlər adıçəkilən futbolçuların mövsümün qalan bölümündəki çıxışına mənfi təsir edə bilər. Çünki psixoloji durum futbolda çox önəmlidir.

Bəs baş məşqçi Elmar Baxşıyev yaranmış situasiya barəsində nə düşünür?

Ümumiyyətlə, Rövlan və Ülvi ilə bu yöndə fərdi söhbət olubmu və ya olacaqmı?

Sorğumuzua cavab olaraq gənc mütəxəssis Sportinfo.az-a açıqlamasında bunları dedi:

"Düşünürəm ki, yaranmış vəziyyət futbolçularıma mənfi təsir etməməlidir. Özlərinə də bildirdik ki, bundan sonra daha çox çalışıb, növbəti dəfə dəvət gözləmək daha məqsədə uyğundur. Daha möhkəm olmaları lazımdır. Üzərlərində bir az da artıq çalışsalar, mütləq dəvət alacaqlar".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti