"Mövsümün əvvəlindən avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparırıq".
Sportinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin braziliyalı legioneri Rafael Utriq ölkəsinin "Terra" nəşrinə açıqlamasında deyib.
25 yaşlı hücumçu artıq mövsümün sonuna yaxınlaşdıqlarını bildirib:
"Bu səbəbdən üzərimizdə daha çox işləməyə davam etməliyik. Komanda beynəlxalq yarışlarda iştiraka öyrəşib və ümid edirik ki, bu mövsümdə də bunu bacaracağıq".
"Qırmızı-qaralar" Premyer Liqada 20 turdan sonra 33 xalla 4-cü pillədə qərarlaşıb.

