"Ona mesaj yazdım ki, səni millidə görmək istəyirəm"

23 Mart 2022 19:20 Qəbələ 812
"Ona mesaj yazdım ki, səni millidə görmək istəyirəm"

Millimizin baş məşqçisi Canni De Byazi "Qəbələ"nin futbolçusu Rövlan Muradova onu yığmada görmək istəməsi ilə bağlı mesaj yazıb.

Sportinfo.az xəbər verir ki, bu barədə italiyalı mütəxəssis bu gün keçirdiyi mətbuat konfransında deyib:

"Rövlanın çıxışını qiymətləndirirəm. Özünə də mesaj yazdım ki, səni millidə görmək istəyirəm.

Amma tanıdığım futbolçu olduğu üçün bu dəfə tanımadıqlarıma dəvət göndərdim. Murad Musayev və Ülvi İsgəndərov da yaxşı futbolçulardır.

Musayevi viza məsələsinə görə milliyə cəlb edə bilmədik. İsgəndərov maraqlı oyunçudur. Klubunda həmişə əsas heyətdə oynamır. İnanıram ki, vaxtı çatanda millidə olacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti