”Turnir cədvəlindəki vəziyyət elədir ki, “Zirə”, “Neftçi” və “Qəbələ”ni bir-birindən çox xal ayırmır.
Yəni növbəti həftələrdə hər şey ola bilər”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında ”Qəbələ”nin legioneri Stefan Vukçeviç deyib.
Monteneqrolu yarımmüdafiəçi son turlar qeyri-sabit çıxış edən komandanın durumundan danışıb:
”Üzərimizdə zərrə qədər də təzyiq yoxdur. Hər həftə növbəti oyunu düşünürük və sakit yanaşırıq.
Son oyunlarda üç-dörd qol imkanını boşa verdik. Amma yenə də məyusluğa gərək duymuram”.

