"İndiki vəziyyətdə əsas sual bizi qarşıda nələrin gözləməsidir".
"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Sportinfo.az-a açıqlamasında belə deyib.
O, "finişə 2 ay qaldığını nəzərə alsaq, bu yöndə nə kimi işlər görülməkdədir" sualını bu cür cavablandırıb:
"Bu suala cavab tapandan sonra ciddi addımlar atılacaq. Rəhbərlik də indiki heyəti qoruyub-saxlamağın vacibliyini anlayır və bu yöndə bizə dəstək verir.
Yəqin ki, çempionatın sonuna yaxın suallara cavab tapılacaq. Hələ ki, oyunları düşünürük".

