"Onu asıb-kəsmək lazım deyil" - Elmar Baxşıyev

18 Mart 2022 21:50 Qəbələ 946
"Onu asıb-kəsmək lazım deyil" - Elmar Baxşıyev

"Neftçi"ni təbrik edirəm. Bəlkə də bu mövsümdə ən zəif oyunumuzu keçirdik. İnanıram ki, qarşıdakı matçlarda daha məzmunlu "Qəbələ" görəcəyik".

Sportinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları Premyer Liqanın XX tur matçından sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis bildirib ki, mövsüm ərzində bütün dövrələrə baxmaq lazımdır: "Oyun oyundan fərqlənir. Bu komandaya inanıram. Futbolda ehtimala yer yoxdur. Yanaşmamız düzgün olmalıdır ki, nəticə qazanaq. Sıxıntılarımız olur. Amma bunu bugünkü matçla əlaqələndirməzdim. İlk qolu standart vəziyyətdən buraxdıq. Səhvdən sonra toparlanmaq çətin olur. Amma futbol səhvlər oyunudur".

O, qapıçı Nicat Mehbalıyevin səhvinə də toxunub: "Futbolçunu səhvə görə kəsib-atmaq da olmur. Nicatı qazanmalıyıq. Nə qədər səhv etsə də, dəstək göstərəcəyəm. Mənim də səhvim olur. Hər şeyi normal qarşılamaq lazımdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti