Ukrayna millisinin yarımmüdafiəçisi "Qəbələ" yolunda

18 Mart 2022 20:40 Qəbələ 1 359
Ukrayna millisinin yarımmüdafiəçisi "Qəbələ" yolunda

Ukraynada davam edən müharibə yerli futbolçuların da karyeralarına ciddi zərbə vurmuş oldu.

Artıq bir çox futbolçular ölkə xaricinə uz tutmağa məcbur qalıb.

Aralarında ölkəmizə gələn Andrey Popoviç kimi nümunə də var.

"Sumqayıt"a keçən qolkiper kimi Premyer Liqamızın yolunu tutacaq başqa ukraynalı futbolçular da ola bilər.

Belələrindən bir isə Dmytro Topalovdur. Hazırda "Mariopul"a məxsus olan 24 yaşlı yarımmüdafiçi "Qəbələ" ilə danışəqlar aparır.

Əgər danışıqlar müsbət başa çatsa, yaxın günlərdə bölgə klubunun heyətinə qoşulacaq.

"Şaxtyo"un yetirməsi olan Topalov bu mövsüm Ukrayna Premyer Liqasında 17 oyun keçirib. O, bu qarşılaşmalarda 3 qol və 3 asistlə yadda qalıb.

Dmytro Topalov ölkəsinin bütün aşağı yaş millilərində çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti