"Belə komanda yaratmaq çətin olacaq, hamısı saxlanılmalıdır"

18 Mart 2022 14:00 Qəbələ 1 112
"Belə komanda yaratmaq çətin olacaq, hamısı saxlanılmalıdır"

«Bu futbolçuların komanda qalması çox vacibdir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Yayda bir çox oyunçunun müqaviləsinin başa çatacağını söyləyən gənc mütəxəssis bir məqama xüsusi diqqət çəkib. O, belə heyət qurmağın çox çətin olduğunu bildirib.

Sitat: «Kifayət qədər yaxşı futbolçularımız var. İstər legionerlər olsun, istər yerlilər. Gələn əcnəbilərin hamısı səviyyəlidir, azərbaycanlı uşaqların da komandaya necə can yandırdığını görürsüz.

Mehriban bir kollektiv formalaşdırmışıq. Mövsümün gedişi, nətcələr sübut edir ki, uğurlu seleksiya aparmışıq.

Mənim istəyim düşərgədə olan futbolçuların hamısı ilə müqavilənin uzadılmasıdır. Yeni mövsüm daha gərgin və böyük rəqabət şəraitində keçəcək.

Hər dəfə bu səviyyədə futbolçular tapmaq olmur. Avrokuboklara vəsiqə qazansa, ümid edirəm ki, klubumuzun vəziyyəti daha yaxşı olacaq və onları saxlaya biləcək».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti