“Qəbələ”nin “ürəy”i BƏXTSİZLİKDƏN ŞİKAYƏTLƏNDİ

17 Mart 2022 21:20 Qəbələ 671
“Qəbələ”nin “ürəy”i BƏXTSİZLİKDƏN ŞİKAYƏTLƏNDİ

Azərbaycan Premyer Liqası çərçivəsində baş tutan “Qəbələ” – “Zirə” qarşılaşmasında qalib müəyyənləşmədi.

Halbuki əlverişsiz hava şəraiti üzündən iki gün davam edən oyunda hər iki komandanın kifayət qədər qol imkanları vardı.

Meydan sahibləri və qonaqlar fürsətləri boşa verməsəydi, yekun nəticə başqa cür olacaqdı.

Bölgə təmsilçisinin aparıcı siması İsnik Alimi oyunla bağlı münasibət bildirib. O, “instagram”dakı paylaşımda bunları yazıb:

“Bəxtsiz idik. Komandamız əla oyun nümayiş etdirdi”.

“Qəbələ”nin həm “döyünən ürəyi”, həm də “vuran ayağı” hesab olunan 28 yaşlı şimalı makedoniyalı yarımmüdafiəçi cari mövsümdə həm çempionatda, həm də ölkə kubokunda qırmızı-qara formada meydana çıxdığı 22 oyunda rəqib qapılarından 8 top keçirib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti