“Neftçi”yə tərif yağdırıb, proqnoz verdi: “Şübhə etmirəm ki...”

17 Mart 2022 16:40 Qəbələ 874
“Neftçi”yə tərif yağdırıb, proqnoz verdi: “Şübhə etmirəm ki...”

“Növbəti oyunumuz “Neftçi”yə qarşıdır.

Azarkeşlərin maraqlı və gərgin qarşılaşmaya şahidlik edəcəyinə şübhə etmirəm”.

“Qəbələ”nin yarımmüdafiəçisi Stefan Vukçeviç Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Neftçi”ylə keçirəcəkləri oyundan əvvəl Sportinfo.az-a danışıb.

Monteneqrolu futbolçu rəqibin kifayət qədər güclü olduğunu bildirsə də, görüşün hər iki tərəf üçün çətin keçəcəyini gizlətməyib:

“Söhbət turnir cədvəlində yanaşı dayanan iki komandanın duelindən gedirsə, vəziyyət məlumdur.

Hər iki komanda meydana qələbə qazanmaq üçün çıxacaq. Ona görə də oyunun həm bizim, həm də onlar üçün çətin olacağını düşünürəm”.

Stefan Vukçeviç cari Premyer Liqa və ölkə kuboku mövsümündə “Qəbələ”nin heyətində 20 oyunda meydana çıxıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti