“İnanın, bu məsələ indi heç yadıma da düşmür”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş məşqçisi Elmar baxşıyev deyib.
Dünən xəbər verdiyimiz kimi, əyalət klubunun rəhbərliyi Elmar Baxşıyevə yeni müqavilə təklif etməyib.
Mövsümün sonuna az qalsa da, hələ də bilinmir ki, o, növbəti “futbol ili”ndə komandanın sükanı arxasında qalacaq, ya yox.
Baxmayaraq ki, “qırmızı-qaralar” uğurlu sezon keçirir və avrokuboklara vəsiqə qazanmağa yaxındır.
Qeyri-müəyyənlik sponsorlardan qaynaqlanır. Çünki onların kluba nə qədər büdcə ayıracağı dəqiqləşməyib.
E.Baxşıyev ətrafındakı qeyri-müəyyənliyin onu narahat etmədiyini bildirib:
“Mənin üçün əsas görəcəyimiz işin nəticəsidir. Mövsümün sonuna hələ var. bizi istər Premyer Liqada, istərsə də ölkə kubokunda bir-birindən vacib oyunlar gözləyir.
Bu dəqiqə onun yeri deyil. Klub olaraq çəkdiyimiz əziyyətin qarşılığını görmək istəyirik. Hər şeyin öz vaxtı var, mən nədənsə narahat deyiləm”.

