“Qəbələ”nin legionerinin “Zirə” şərhi: “1 xal qazandıq” deməyim daha düzgün olar”

16 Mart 2022 20:00 Qəbələ 561
“Qəbələ”nin legionerinin “Zirə” şərhi: “1 xal qazandıq” deməyim daha düzgün olar”

“Zirə” ilə oyundan sonra komandada ab-hava əvvəlki kimi möhtəşəmdir.

Sağlam kollektivimiz var və hər bir futbolçu burada olmaqdan məmnundur. Qələbə qazana bilməsək də, qazanmağa layiq oyun göstərdik”.

Bu sözləri Sportinfo.az–a açıqlamasında “Qəbələ”nin yarımmüdafiəçisi Stefan Vukçeviç Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində baş tutan “Qəbələ” - “Zirə” matçından sonra (0:0) deyib.

Monteneqrolu futbolçu oyunu bərabərliklə başa vurub, komandasının turnir cədvəlində 4-cü pilləyə yuvarlanmasına görə narahat deyil.

Vukçeviçin fikrincə, əsl mübarizə bundan sonra başlayır:

“İki xal itirdiyimizi deməzdim. Məncə, “1 xal qazandıq” deməyim daha düzgün olar. Çünki həlledici mərhələyə girmişik və bundan sonra hər xalın önəmi var".

Stefan Vukçeviç cari Premyer Liqa və ölkə kuboku mövsümündə “Qəbələ”nin heyətində 20 oyunda meydana çıxıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti