«Qəbələ» rəhbərliyi Elmar Baxşıyevə yeni müqavilə təklif etməyib.
Mövsümün sonuna az qalsa da, hələ də bilinmir ki, o, növbəti «futbol ili»ndə komandanın sükanı arxasında qalacaq, ya yox.
Baxmayaraq ki, «qırmızı-qaralar» uğurlu sezon keçirir və avrokuboklara vəsiqə qazanmağa yaxındır.
Qeyri-müəyyənlik sponsorlardan qaynaqlanır. Çünki onların kluba nə qədər büdcə ayıracağı dəqiqləşməyib.
SPORTİNFO.AZ

