"Qəbələ" rəhbərliyinə söz deyə bilmək üçün…ƏSƏB TESTİ

15 Mart 2022 14:40 Qəbələ 819
"Qəbələ" rəhbərliyinə söz deyə bilmək üçün…ƏSƏB TESTİ

Hər ötən həftə «Qəbələ»ni Avropaya doğru aparır.

«Sabah»ın kubokdan ələnməsinə, ardınca Premyer Liqada iki məğlubiyyət almasına bəlkə də ən çox sevinən Elmar Baxşıyevdir.

Möcüzəvi çıxışı məntiqi sonluğa çatdırmaq üçün ona və futbolçularına, sadəcə, bir qədər tonusda qalmaq yetərlidir.

Qəbələ dağlarının soyuq havası onları üşütməməlidir və düşünürəm ki, üşütməyəcək. Marafonun çoxu gedib,

azı qalıb. Finiş cəmi 9 addımlıqdadır, arxayınlaşmaq qorxuludur, həyacana qapılmaq da.

Psixoloji test mərhələsidir. Əsəbləri güclü olan komanda son anadək ikinci-üçüncü yerə iddiasını saxlayacaq. Real mənzərə «Qarabağ»ın xeyrinədir və gedişat onların lehinə inkişaf etməkdədir.

Rəqiblərdən heç biri «Qarabağ»ın zirvəni əldən verəcəyinə inanmır. «Qəbələ»nin orada gözü yoxdur, Baxşıyevə avrokuboklara vəsiqə bəs edir.

Buna medal qazanaraq nail olmaq isə bir başqa həzdir və hiss olunur ki, onu çox istəyir, arzulayır.

Ondan sonra ictimaiyyətə deməyə çox sözü, rəhbərlikdən yaxşı şərait tələb etməyə daha çox haqqı olacaq.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti