Premyer Liqa klubu ərəb legioneri bu qədər gözləyəcək

15 Mart 2022 01:10 Qəbələ 942
Premyer Liqa klubu ərəb legioneri bu qədər gözləyəcək

“Qəbələ”nin üç futbolçusu hazırlıqda iştirak etmir.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"a qarşı Premyer Liqanın XVIII tur matçında (1:4) zədələnən Omar Hani komandadan ayrı düşüb.

İordaniyalı yarımmüdafiəçinin 10 gündən sonra komanda ilə məşqlərə qoşulacağı gözlənilir.

Yaovi Akakpo fərdi bərpa prosesindədir. Gülağa Əsədov isə əməliyyat sonrası bərpa dövrü keçir.

Zədədən sonra sıraya dönən Rüfət Əhmədov artıq heyətə qayıdıb. O, "Zirə" ilə qolsuz başa çatan XIX tur oyununda ehtiyat oyunçular arasında olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti