“Qəbələ”nin legionerini BU ADAM qəzəbləndirib

14 Mart 2022 17:40 Qəbələ 1 101
“Qəbələ”nin legionerini BU ADAM qəzəbləndirib

İki gün davam edən və qolsuz bərabərliklə başa çatan “Qəbələ” – “Zirə” qarşılaşmasından sonra meydan sahiblərinin futbolçuları kimdən və nədənsə narazı görünürdü.

Bu mənada xüsusilə Ruan Renato fərqlənirdi.

Braziliyalı müdafiəçi əsəbi tonda və əl hərəkətləri ilə diqqət çəksə də, yaxınlıqda komanda yoldaşları onu sakitləşdirib paltardəyişmə otağına aparmağı bacardı.

Renatonu özündən çıxaran hakimin oyuna artırdığı vaxtın müddəti olub.

Belə ki, 45 dəqiqə ərzində matç bir neçə dəfə dayandırılsa, meydana həkimlər daxil olsa da, Əliyar Ağayev əlavə 3 dəqiqənin oynadılmasına qərar verib.

Bölgə təmsilçisi son dəqiqələrdə qələbə topu üçün irəli atılıb. Lakin Ağayevin final fiti qol istəyinin həyata keçməsinə imkan verməyib.

19 turdan sonra aktivində 35 xal olan “Zirə” turnir cədvəlinin 2-ci pilləsindəki mövqeyini qoruyub. “Qəbələ” isə “Neftçi”nin “Sumqayıt”ı məğlub etməsindən sonra 4-cü sıraya yuvarlanıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti