PFL Qəbələdəki daha bir oyunun vaxtını dəyişdirdi

14 Mart 2022 13:20 Qəbələ 748
PFL Qəbələdəki daha bir oyunun vaxtını dəyişdirdi

Peşəkar Futbol Liqasında (PFL) Qəbələdəki daha bir oyunun vaxtını hava şəraitinə görə dəyişib.

Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, martın 16-da təşkili planlaşdırılan I Divizionun XVIII turundakı “Qəbələ-2” – “Səbail-2” görüşü 14:00-dan 13:00-a keçirilib.

Bundan əlavə, "Zaqatala” – MOİK matçı da eyni saatda start götürəcək. “Qəbələ-2” – “Səbail-2” görüşü Qəbələ şəhər stadionunun əsas meydançasında baş tutacaq.

Azərbaycan Premyer Liqasının XIX turunda "Qəbələ" - "Zirə" oyun ötən gün qara görə təxirə salınmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti